ABŞ “SWIFT”in Rusiya analoqundan istifadəyə görə sanksiyalar tətbiq edəcək | Banco.az

ABŞ “SWIFT”in Rusiya analoqundan istifadəyə görə sanksiyalar tətbiq edəcək

Müəllif:Ayşən İmanova/Banco.az

ABŞ Xəzinədarlığı SWIFT-in Rusiya analoqu olan Rusiya Mərkəzi Bankının maliyyə mesajlarının ötürülməsi sistemlərindən (SPFS) istifadə ediləcəyi təqdirdə sanksiya riskləri barədə xəbərdarlıq edib.

Banco.az xəbər verir ki, müvafiq bəyanat ABŞ Maliyyə Nazirliyinin saytında yerləşdirilib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd olunub ki, xarici maliyyə institutları SPFS-ə qoşulmuş qurumlarla münasibətlərində ehtiyatlı olmalıdırlar, çünki belə banklar Rusiya sanksiyalarından yan keçmək üçün kanal ola bilər.

ABŞ-nin belə addımlar atan maliyyə qurumlarına daha aqressiv təsir göstərməyə hazır olduğu vurğulanıb.