“ABŞ şirkətləri Rusiyanı tərk edərək 300 milyard dollar itirib” | Banco.az

“ABŞ şirkətləri Rusiyanı tərk edərək 300 milyard dollar itirib”

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiyanın sərvət fondunun rəhbəri ABŞ şirkətlərinin Rusiyanı tərk etdikdən sonra 300 milyard dollar itirdiyini bildirib.

Banco.az xəbər verir ki, Rusiyanın suveren sərvət fondunun rəhbəri Kiril Dmitriyev Riyadda verdiyi açıqlamada ABŞ şirkətlərinin Rusiyanı tərk etdikdən sonra 300 milyard dollar itirdiyini bildirib.

O, həmçinin qeyd edib ki, bu itkilər Qərb şirkətləri üçün Rusiyadan ayrılmağın iqtisadi cəhətdən nə qədər riskli olduğunu göstərir.

Dmitriyev illər sonra ilk dəfə yüksək səviyyəli, üzbəüz görüşlərin keçiriləcəyi Riyadda ABŞ-Rusiya görüşlərinin başlanmasından əvvəl verdiyi açıqlamada bu görüşlərin bir çox baxımdan əhəmiyyətli olduğunu vurğulayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram