ABŞ sənaye istehsalı proqnozları üstələyib | Banco.az

ABŞ sənaye istehsalı proqnozları üstələyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da sənaye istehsalı iyun ayında əvvəlki ayla müqayisədə 0,3 faiz artıb.

Banco.az xəbər verir ki, ABŞ Mərkəzi Bankı (Fed) iyun ayına dair sənaye istehsalı və istehsal gücündən istifadə göstəricilərini açıqlayıb.

Buna əsasən, ölkədə sənaye istehsalı iyun ayında əvvəlki ayla müqayisədə 0,3 faiz artıb.

Bazar gözləntiləri bu dövrdə sənaye istehsalının 0,1 faiz artacağı yönündə idi. Sənaye istehsalı may ayında dəyişiklik göstərməmişdi.

Sənaye istehsalı iyun ayında illik müqayisədə də 0,7 faiz artım göstərib.

İstehsal sənayesi istehsalı isə iyun ayında 0,1 faiz artıb. Bazar gözləntiləri istehsal sənayesində iyun ayında heç bir dəyişiklik olmayacağı yönündə idi. Bu göstərici may ayında 0,3 faiz artım göstərmişdi.

Ölkədə istehsal gücündən istifadə səviyyəsi isə eyni dövrdə 0,1 faiz bəndi artaraq 77,6 faizə çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram