ABŞ Senatı müvəqqəti büdcə qanun layihəsini təsdiqləyib | Banco.az

ABŞ Senatı müvəqqəti büdcə qanun layihəsini təsdiqləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Senatı hökumətin fəaliyyətinin dayandırılmasının qarşısını almaq üçün müvəqqəti büdcə qanun layihəsini təsdiqləyib.

Banco.az xəbər verir ki, qanun layihəsi Energetika, Kənd Təsərrüfatı, Nəqliyyat, Mənzil İnşaatı və Şəhərsalma kimi nazirliklərə yanvarın 19-dək, hökumətin qalan hissələrinə, o cümlədən Müdafiə Nazirliyinə (Pentaqon) isə fevralın 2-dək maliyyə ayrılmasını nəzərdə tutur.

Sözügedən qanun layihəsi Respublikaçıların nəzarətində olan Nümayəndələr Palatasında, daha sonra isə Demokratların nəzarətində olan ABŞ Senatında qəbul edilib.

Senatda keçirilən səsvermədə qanun layihəsinin əleyhinə 11 deputat, lehinə isə 87 deputat səs verib.

Senat tərəfindən qəbul edilən yeni qanun layihəsinin qanuna çevrilməsi üçün ABŞ prezidenti Co Baydenin imzasına təqdim olunacaq. Qəbul ediləcəyi təqdirdə, sözügedən qanun layihəsi 2023-cü il oktyabrın 1-də başlayacaq 2024-cü maliyyə ilində hökumətin bağlanmasının qarşısını almaq üçün ikinci müvəqqəti büdcə olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et