ABŞ sanksiyaların qlobal neft qiymətlərinə uzunmüddətli təsirinə inanmır | Banco.az

ABŞ sanksiyaların qlobal neft qiymətlərinə uzunmüddətli təsirinə inanmır

Müəllif - Aida İsaq, Banco.az

ABŞ Rusiya neftinə qiymət limitinin tətbiq olunmasının qlobal yanacaq qiymətlərinə uzunmüddətli təsirinin olacağına inanmır. 

Banco.az xəbər verir ki, bu barədə Ağ Evin milli təhlükəsizlik şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Qeyd edək ki, dekabrın 5-də Aİ ölkələri, G7 və Avstraliya tərəfinin Rusiya neftinə qiymət limitinin tətbiqi ilə bağlı razılığa gəldikləri qərar qüvvəyə minib. Belə ki, qiymət limiti 60 dollar/barel səviyyəsində müəyyən edilib. Məhdudiyyətlərin neftin dəniz daşınması ilə bağlı xidmətlərin geniş spektrinə təsir edəcəyi qeyd olunur.

Bununla yanmaşı, Kreml Qərb ölkələrinin müvafiq qərarını qəbul etməkdən imtina edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkəsinə qarşı mövcud məhdudiyyətlərlə bağlı cavab qərarının hazırlandığını bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et