ABŞ Rusiya neftinə qoyulan bəzi məhdudiyyətləri ləğv edib | Banco.az

ABŞ Rusiya neftinə qoyulan bəzi məhdudiyyətləri ləğv edib

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ Rusiya neftinə qoyulan bəzi məhdudiyyətləri ləğv edib.

Banco.az xəbər verir ki, Prezident Vladimir Putinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev ABŞ-ın Rusiya neftinə qoyduğu məhdudiyyətlərin aradan qaldırılmasının təfərrüatlarını şərh edib. 

Dmitriyev ABŞ-ın Rusiyadan yüz milyon barel neft idxalına qoyulan məhdudiyyətləri aradan qaldırdığını qeyd edib.

O, ABŞ-ın Maliyyə Naziri Skott Bessentin Hindistanın Rusiya neftinin alışına qoyulan məhdudiyyətlərin yumşaldılması ilə yanaşı , tranzitdə olan təxminən 100 milyon barel Rusiya neftinə qoyulan bütün məhdudiyyətlərin aradan qaldırıldığını da açıqlayıb.

Dmitriyevin sözlərinə görə, ABŞ hakimiyyəti faktiki olaraq etiraf edib ki, Rusiya enerji ehtiyatları olmadan qlobal bazar sabit qalmayacaq.