ABŞ Rusiya aktivlərinin Ukraynaya köçürülməsi üçün hüquqi variantları müzakirə edir | Banco.az

ABŞ Rusiya aktivlərinin Ukraynaya köçürülməsi üçün hüquqi variantları müzakirə edir

Müəllif - Aida İsaq, Banco.az

ABŞ dondurulmuş Rusiya aktivlərinin Ukraynanın bərpası üçün xərclənməsinə müsbət yanaşır. Eyni zamanda bu istiqamətdə hüquqi addımların atılmasını nəzərdən keçirir.

Banco.az xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Janet Yellen bildirib. Onun sözlərinə görə, dünya ictimaiyyəti Rusiyanın işğalçı mövqeyinə keçməsinə görə məsuliyyət daşımasını gözləyir. Nazir həmçinin müvafiq məsələnin tərəfdaşlarla birgə müzakirə edildiyini bildirib. J.Yellen ölkəsini Rusiyalı şəxslərdən müsadirə edilən kapitalın Ukraynaya köçürülməsinə başladığını qeyd edərək, lakin hələ də dondurulmuş dövlət aktivləri ilə eyni addımların atılmasının mümkün olmadığını vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram