ABŞ qaçqınların qəbulu üzrə illik kvotanı minimum həddə endirib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

ABŞ qaçqınların qəbulu üzrə illik kvotanı minimum həddə endirib

ABŞ hökuməti gələn il ölkəyə qaçqın statusunda gələn və qalmaq istəyən maksimum 18 min insana icazə vermək istəyir. 

Bu barədə Ağ evin Konqresə təqdim etdiyi qaçqın proqramında bildirilir. 

Bu, ABŞ-ın müstəqillik tarixində ən aşağı həddir. 

Prezident Donald Tramp bildirib ki, ABŞ rəhbərliyi qaçqınların köçürülməsi üçün ştat və yerli hakimiyyət orqanlarının razılığını alacaq.

Xatırladaq ki, keçmiş prezident Barak Obamanın hakimiyyətinin son ilində ABŞ-da illik qaçqın kvotası 110 min nəfər olub, D.Tramp iqtidarı isə bu rəqəmi 30 minə qədər endirib.

Report.az