ABŞ OPEC ölkələrində neft hasilatı üzrə proqnozu azaldıb | Banco.az

ABŞ OPEC ölkələrində neft hasilatı üzrə proqnozu azaldıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələrinin bu il və gələn il üçün gündəlik xam neft hasilatı üzrə proqnozunu açıqlayıb.

Banco.az EIA-nın aylıq hesabatına istinadən xəbər verir ki, bu il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatının 26,66 mln. barel olacağı proqnozlaşdırılır. Bu, əvvəlki proqnoz göstəricidən 0,03 mln. barel azdır. 

Hesabata əsasən, 2025-ci ildə isə OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 27,35 mln. barel olacaq. 

Əlavə edək ki, ötən il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 26,89 mln. səviyyəsində olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et