ABŞ OPEC ölkələrində neft hasilatı üzrə proqnozu azaldıb | Banco.az

ABŞ OPEC ölkələrində neft hasilatı üzrə proqnozu azaldıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələrinin 2024-cü il üçün gündəlik xam neft hasilatı üzrə proqnozunu açıqlayıb.

Banco.az EIA-nın aylıq hesabatına istinadən xəbər verir ki, gələn il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatının 28,49 mln. barel olacağı proqnozlaşdırılır.

Hesabata əsasən, bu il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 28,02 mln. barel olacaq. Bu, əvvəlki proqnoz göstəricidən 0,08 mln. barel azdır.

Əlavə edək ki, ötən il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 28,67 mln. olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et