ABŞ nümayəndə heyəti ticarət danışıqları üçün Çinə gedəcək | Banco.az

ABŞ nümayəndə heyəti ticarət danışıqları üçün Çinə gedəcək

ABŞ hökumətindən bir heyət gələn ilin ilk həftəsi Çinli rəsmilərlə ticarət məsələsində danışıqlar aparmaq üzrə Pekinə gedəcək.

ABŞ Ticarət Nümayəndəsinin müavini Jeffrey Gerrish nümayəndə heyətinə başçılıq edəcək.

Gələn ay keçiriləcək bu görüş, ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Xi Jinpingin bu ay Argentinada keçirilən G-20 zirvə toplantısı zamanı görüşmələrindən və tariflər mövzusunda 90 günlük "atəşkəs" qərarı vermələrindən bu yana ilk təkbətək görüş olacaq.

ABŞ-ın Xəzinə Naziri Stiven Mnuchin, ötən həftə verdiyi açıqlamada, ABŞ nümayəndə heyəti və Çin rəsmilərinin telefonla danışdıqlarını bildirmişdi.
 
Gözlənilən görüş, dünyanın ən böyük iki iqtisadiyyatının ticarət gərginliyi məsələsində irəliləyiş təmin etməkdə olduğuna dair gözləntiləri gücləndirib.  

Neft qiymətləri, Fed sədri Cerome Pauellin vəzifədən azad olunacağına dair narahatlıqların azalması və ABŞ-Çin ticarət danışıqlarında yaxşılaşma əlamətləri ilə yüksəlib.

Marja