Müəllif:Mehin Qasımova,Banco.az
Energetika Nazirliyinin həftəlik hesabatına əsasən, ABŞ-ın kommersiya neft ehtiyatları keçən həftə 1,81 milyon barel azalaraq 425,7 milyon barrelə düşüb.
Banco.az xəbər verir ki, Trading Economics-ə görə, analitiklər orta hesabla 2,3 milyon barel azalma proqnozlaşdırmışdılar.
Benzin ehtiyatları 6,4 milyon barel, distillat ehtiyatları isə 2,5 milyon barel artıb.
Mütəxəssislər benzin ehtiyatlarının 2,8 milyon barel, distillə ehtiyatlarının isə 1,9 milyon barel artacağını gözləyirdilər.
Nyu-York əmtəə birjasında (NYMEX) ticarət edilən neftin saxlandığı Cushing terminalında ehtiyatlar 308 min barel artıb.
