ABŞ-nin büdcə kəsiri bir il ərzində 4 dəfə artıb | Banco.az

ABŞ-nin büdcə kəsiri bir il ərzində 4 dəfə artıb

Müəlif:Ayşən İmanova/Banco.az

Oktyabrın sonunda ABŞ-nin büdcə kəsiri 257 milyard dollar təşkil edib ki, bu da 2023-cü ilin analoji dövrünün göstəricisindən təxminən dörd dəfə çoxdur.

Banco.az xəbər verir ki, bu barədə “Reuters” ABŞ Maliyyə Nazirliyinin hesabatına istinadən məlumat yayıb.

Ən sərfəli kredit üçün müraciət et

Müqayisə üçün qeyd edək ki, ötən ilin oktyabrında ABŞ-nin büdcə kəsiri 67 milyard dollar olub. Beləliklə, il ərzində artım 283% təşkil edib.

Ağ Evin hazırkı rəhbəri Co Baydenin administrasiyası bildirib ki, 2024-cü maliyyə ili üçün (sentyabrda başa çatan) büdcə kəsiri 1,83 trilyon dollar təşkil edib. Bu rəqəm 2019-cu ildən bəri ən yüksək göstərici olub.