ABŞ neftin qiyməti ilə bağlı proqnozunu artırıb | Banco.az

ABŞ neftin qiyməti ilə bağlı proqnozunu artırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) bu il üçün neftin qiyməti ilə bağlı proqnozunu yenidən nəzərdən keçirib.

Banco.az xəbər verir ki, EIA-in "2024-cü ilin iyul ayı üzrə Qısamüddətli Enerji Perspektivləri Hesabatı" dərc olunub.

Hesabata görə, ilin ikinci yarısında qlobal neft ehtiyatlarının azalması ilə əlaqədar neftin qiymətinin artacağı gözlənilir.

Belə ki, bu il Brent markalı neftin orta barel qiymətinin 86,37 dollar olacağı gözlənilir. Əvvəlki hesabatda bu rəqəm 84,15 dollar olaraq qiymətləndirilmişdi. ABŞ xam neftinin orta barel qiymətinin 82,03 dollar səviyyələrində olacağı təxmin edilir. Sözügedən rəqəmin ötən aykı hesabatda 79,70 dollar olacağı proqnozlaşdırılırdı.

Qlobal neft ehtiyatlarının ilin birinci yarısında gündəlik təxminən 500 min barel azaldığı bildirilib və ikinci yarıda isə təxminən 700 min barel azalacağı proqnozlaşdırılıb.

Ən sərfəli kredit üçün müraciət et

Hesabata görə, ehtiyatların azalması qismən Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC-ə daxil olmayan hasilat ölkələrindən ibarət OPEC+ qrupunun hasilatın azaldılması addımı ilə bağlıdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et