ABŞ neftə necə təsir etdi? | Banco.az

ABŞ neftə necə təsir etdi?

Dünya birjalarında neft fyuçerslərinin qiyməti yenidən düşüş yaşayır. Buna başlıca səbəb kimi Birləşmiş Ştatlarda neft ehtiyatlarının artması göstərilir.

Son birja satışının nəticələrinə görə Brent markasından olan neftin qiyməti 6, 6 faiz enərək bir barrel üçün 54,32 dollar olub.

ABŞ Energetika nazirliyi bildirir ki, ölkənin neft anbarlarındakı ehtiyat 6, 3 milyon barrel artıb.

Qeyd edək ki, neft qiymətlərinin ötən həftə ərzində kiçik yüksəlişlərinə baxmayaraq bir çox ekspertlər bunun müvəqqəti hal olduğunu bildirirdilər.

Ən sərfəli kredit üçün müraciət et

anspress.com