"ABŞ neft qiymətlərinin aşağı düşməsini istəmir" | Banco.az

"ABŞ neft qiymətlərinin aşağı düşməsini istəmir"

"ABŞ neft qiymətlərinin aşağı düşməsində maraqlı deyil".

Bunu Bakıda keçirdiyi brifinqdə ABŞ-ın neftin qiymətinin dünya bazarlarında bahalaşmasına mane olan əsas qüvvə olması ilə bağlı yayılan fikirlərə münasibət bildirən ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstayn deyib.

A.Hokstaynın sözlərinə görə, o, bu tipli ittihamlarla tez-tez qarşılaşır: "Bilirsiniz ki, mən öz işimlə əlaqədar olaraq tez-tez müxtəlif ölkələrdə oluram. ABŞ-ı günəşin batmasında, yağışın yağmasında da günahlandırırlar. Bu gün hansısa ölkənin enerji sektorunda işləyən 1-2 şirkəti varsa, ABŞ-da bu rəqəm 4 mindən çoxdur. Əgər mən, yaxud ABŞ prezidenti onlardan hasilatı artırıb-azaltmaq barədə xahiş etsək, onlar sadəcə bizim dediyimizə əməl etməyəcək".

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: Report.az