"ABŞ neft qiymətlərini ucuzlaşdırmaq üçün bütün imkanları nəzərdən keçirir" | Banco.az

"ABŞ neft qiymətlərini ucuzlaşdırmaq üçün bütün imkanları nəzərdən keçirir"

ABŞ neft bazarını sabitləşdirmək üçün OPEC ilə əlaqə saxlayır və qiymətləri aşağı salmaq məqsədilə bütün mümkün variantları araşdırır.

Bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

"OPEC də daxil olmaqla, bütün beynəlxalq tərəfdaşlarla rəqib bazarlar barədə müzakirələr aparmaqda davam edirik. Sizi əmin etmək istərdim ki, biz yalnız OPEC ilə qarşılıqlı əlaqədə deyilik. Neft və benzinin qiymətini azaltmaq üçün əlimizdə olan bütün vasitələri nəzərdən keçiririk", - Psaki qeyd edib.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et