Müəllif - Aida İsaq, Banco.az
ABŞ oktyabrın 17-dən 23-dək gündə 11,4 milyon bareldən çox xam neft və neft məhsulları ixrac edib.
Banco.az xəbər verir ki, bu, rekord həcmdə göstəricidir. Beləliklə, ABŞ-ın yanacaq təchizatçısı kimi rolu Rusiyaya qarşı sanksiyalar fonunda artır. Əvvəlki həftə ilə müqayisədə tədarüklər gündə təxminən iki milyon barel artıb.
Əvvəllər ABŞ rəsmiləri daxili tələbatı ödəmək üçün xaricə daha az yanacağın göndərilməsini və ehtiyatların yığılmasını tələb edirdilər.
ABŞ prezidenti Co Baydenin administrasiyası Rusiya neftinə qiymət məhdudiyyətinin tətbiqi ilə bağlı şərtləri yumşaltmaq niyyətindədir. Qeyd edək ki, əvvəllər Rusiyadan gələn neftin bir bareli üçün qiymətin 60 dollar səviyyəsində olmağı planlaşdırılırdı.
Bizi sosial şəbəkələrdən izləyin!!