ABŞ neft hasilatı və istehlakında liderliyini qorudu | Banco.az

ABŞ neft hasilatı və istehlakında liderliyini qorudu

ABŞ, dünya üzrə neft hasilatı və istehlakında ötən il yenə birinci olub.

Qlobal neft istehsalı keçən il 2017-ci illə müqayisədə 2,4 faiz artaraq gündəlik orta hesabla 94,72 milyon barelə yüksəlib.

Keçən il dünya miqyasında neftin 16,2%-i ABŞ-da istehsal edilib. Beləliklə, ABŞ 5 il ardıcıl dünyanın ən çox neft istehsal edən ölkəsi olub.

ABŞ-ın neft hasilatı 2018-ci ildə bir əvvəlki illə müqayisədə 16,6% artaraq gündəlik orta hesabla 15,31 milyon barelə çatıb. Ölkədə neft hasilatı 2017-də gündəlik orta hesabla 13,13 milyon barrel səviyyəsində idi.

Hesabata görə, gündəlik ortalama neft istehsalını 2017-də 11,89 milyon barreldən 2018-də 12,28 milyon barrelə yüksəldən Səudiyyə Ərəbistanı isə neft istehsalında dünyada ikinci yeri tutub.

Həmin dövrdə Rusiyanın gündəlik ortalama neft istehsalı isə 11,25 milyon bareldən 11,43 milyon barelə çatıb. Beləliklə, Rusiya dünyanın ən çox neft istehsal edən üçüncü ölkəsi olub.
 

Ən sərfəli kredit üçün müraciət et

Dünyadakı neftin 20%-ni ABŞ istehlak edib

BP-nin hesabatına görə, qlobal neft istehlakı ötən il bir əvvəlki illə müqayisədə 1,5% artaraq 99,84 milyon barrelə çatıb.

ABŞ-da isə ötən il neft istehlakı gündəlik orta hesabla 20,46 milyon barrel olub. Beləliklə, ABŞ keçən il dünya miqyasında neftin 20,5%-ini tək başına istehlak edib və bu üzrə də birinci yeri tutub. 

Ötən il neft istehlakında, gündəlik orta hesabla 13,52 milyon barrellə  Çin dünya üzrə ikinci, Hindistan gündəlik orta hesabla 5,16 milyon barrel 3-cü olub. 

Çinin gündəlik orta hesabla neft istehlakı bir əvvəlki ilələ müqayisədə 5,3%, Hindistanın gündəlik orta hesabla neft istehlakı isə ildən ilə 5,9 faiz yüksəlib.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et