ABŞ Beynəlxalq Ticarət Məhkəməsi ABŞ prezidenti Donald Trampın gömrük rüsumlarının tətbiqi ilə bağlı səlahiyyətlərini aşması ilə bağlı qərar verib.
Banco.az xəbər verir ki, məhkəmə gömrük rüsumlarının bloklanmasına qərar verib.
Aprelin 2-də Tramp 185 ölkə və ərazidən gələn mallara rüsumların tətbiq ediləcəyini açıqlayıb. 10%-lik universal tariflər aprelin 5-dən, fərdi tariflər isə aprelin 9-dan qüvvəyə minib.Həmin gün prezident bəzi ölkələr və ərazilər üzrə qarşılıqlı əsasda tətbiq edilən əlavə idxal rüsumlarının 90 gün müddətinə dayandırıldığını bəyan edib. Bu müddət ərzində yalnız “10%-lik universal tarif” tətbiq olunacaq.
Sənəddə deyilir: “Görmə əmrləri IEEPA (Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktı) tərəfindən prezidentə verilən hər hansı səlahiyyətləri üstələyir. Etiraz edilən rüsum sərəncamlarına xitam veriləcək”, - sənəddə deyilir.