Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ Maliyyə Nazirliyi bu ilin dördüncü rübü üçün borclanma proqnozunu 852 milyard dollardan 776 milyard dollara endirib.
Banco.az xəbər verir ki, Nazirlik bu ilin oktyabr-dekabr və gələn ilin yanvar-mart ayları üzrə borclanma proqnozlarını açıqlayıb.
Açıqlamada bu ilin dördüncü rübündə xəzinənin 776 milyard dollar borc götürməsinin gözlənildiyi bildirilib.
Açıqlamada həmçinin dekabrın sonunda nağd pul qalığının 750 milyard dollar olduğu, borclanma proqnozunun isə iyul ayında açıqlanan təxmindən 76 milyard dollar aşağı olduğu bildirilib.
Bununla yanaşı, Xəzinədarlığın 2024-cü ilin birinci rübündə 816 milyard dollar borc alacağı, mart ayının sonunda isə nağd pul qalığının 750 milyard dollar olacağı da qeyd edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!