ABŞ “Lockheed Martin” ilə 5 milyard dollarlıq müqavilə imzalayıb | Banco.az

ABŞ “Lockheed Martin” ilə 5 milyard dollarlıq müqavilə imzalayıb

Müəllif:Ayşən İmanova/Banco.az

ABŞ Müdafiə Nazirliyi beşinci nəsil “F-35” qırıcı-bombardmançı təyyarələrinin istehsalı, texniki xidməti, modernləşdirilməsi və istifadəsi üçün “Lockheed Martin” şirkəti ilə təqribən 5 milyard dollar dəyərində müqavilələr imzalayıb.

Banco.az xəbər verir ki, bu barədə Pentaqonun yaydığı məlumatda deyilir.

Belə ki, 3,91 milyard dollar dəyərində olan müqavilə bu təyyarələrin uçması üçün təlim sistemlərinin alınması, “F-35”in sınaqdan keçirilməsi, onların istehsalı, yerləşdirilməsi, modernləşdirilməsi və texniki xidmətini əhatə edir.

1 milyard dollarlıq müqavilə, xüsusilə, “F-35”ə xidmət göstərildiyi obyektlərin istismarının təmin edilməsi və bununla bağlı inkişafların həyata keçirilməsi, eləcə də təyyarənin proqram təminatının təkmilləşdirilməsi ilə bağlıdır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et