ABŞ Konqresi növbəti büdcə qanun layihəsini təsdiqləyib | Banco.az

ABŞ Konqresi növbəti büdcə qanun layihəsini təsdiqləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Konqresi bağlanmanın qarşısını alacaq büdcə qanun layihəsini təsdiqləyib.

Banco.az xəbər verir ki, ABŞ Ərzaq və Dərman Administrasiyası ilə Kənd Təsərrüfatı, Ticarət, Ədliyyə, Energetika, Nəqliyyat, Mənzil İnşaatı və Şəhər İnkişafı nazirliklərinin də daxil olduğu qurumlara martın 8-dək, Müdafiə (Pentaqon), Daxili Təhlükəsizlik, Əmək, Xarici İşlər, Təhsil və Səhiyyə nazirliklərinin aralarında olduğu hökumətin qalan hissəsinə isə martın 22-nə qədər maliyyə ayrılmasını nəzərdə tutan qanun layihəsi ABŞ Nümayəndələr Palatasında qəbul edilib.

Respublikaçıların çoxluq təşkil etdiyi ABŞ Nümayəndələr Palatasında keçirilən səsvermədə 99 deputat qanun layihəsinin əleyhinə, 320 deputat isə lehinə səs verib. Nümayəndələr Palatasından keçən və demokratların çoxluq təşkil etdiyi Senata gələn qanun layihəsi burada 13 əleyhinə olmaqla 77 səs çoxluğu ilə qəbul edilib.

Martın 1-dək bəzi dövlət qurumlarının maliyyələşdirilməsini nəzərdə tutan müvəqqəti büdcənin müddətinin başa çatmasına az qalmış Konqres tərəfindən qəbul edilən qanun layihəsi qanuna çevrilmək üçün ABŞ prezidenti Co Baydenin imzasına təqdim ediləcək.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, qüvvəyə mindiyi təqdirdə sözügedən qanun layihəsi 2023-cü il oktyabrın 1-də başlayacaq 2024-cü maliyyə ilində maliyyə çatışmazlığı səbəbindən hökumətin bağlanmasının qarşısını alan 4-cü müvəqqəti büdcə olacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et