ABŞ administrasiyası İsrailə 3 milyard dollar dəyərində yeni silahların satışını təsdiqləyib.
Banco.az xəbər verir ki, ABŞ Dövlət Departamenti İsrailə yeni silah satışına icazə verdiyini açıqlayıb.
Verilən son açıqlamada, İsrailə ümumilikdə 675 milyon dollar dəyərində sursat, bələdçi dəst, sursat dəstəyi və əlaqədar avadanlıqların satışına icazə verildiyi bildirilib.
ABŞ-dan İsrailə təxminən 3 milyard dollar dəyərində yeni silah satışının təsdiqlənməsi Donald Tramp administrasiyası tərəfindən bu ay verilən ikinci satış paketi olaraq qeydə alınıb.
Bir neçə həftə əvvəl Tramp administrasiyası İsrailə ümumilikdə 7,4 milyard dollar dəyərində silah satışını təsdiqləyib.