Müəllif:Ayşən İmanova/Banco.az
ABŞ Dövlət Departamenti İsrailə 18,82 milyard dollar dəyərində F-15 qırıcı təyyarələri və müvafiq avadanlıqların mümkün satışını təsdiqləyib.
Banco.az xəbər verir ki, bu barədə ABŞ-nin Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi bildirib.
Məlumata görə, İsrail bundan əvvəl ABŞ-yə 50 ədəd yeni çoxməqsədli F-15IA qırıcısı, mövcud F-15I qırıcılarının modifikasiyası üçün dəstlər, həmçinin mühərriklər, radarlar, buraxılış qurğuları və digər avadanlıqların alınması ilə bağlı sorğu göndərib.
Təsdiq edilmiş müqavilə çərçivəsində təyyarə və avadanlıqların tədarükünə 2029-cu ildə başlanacağı gözlənilir. Pentaqon iddia edir ki, İsrailə döyüş təyyarələrinin satışı “bölgədəki hərbi qüvvələrin əsas balansını pozmayacaq”.
Bizi sosial şəbəkələrdən izləyin!!