ABŞ iqtisadiyyatının artım tempi proqnozları doğrultmayıb | Banco.az

ABŞ iqtisadiyyatının artım tempi proqnozları doğrultmayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ iqtisadiyyatı 2022-ci ilin 4-cü rübündə proqnozlardan aşağı olmaqla 2,6 faiz artıb.

Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyi 2022-ci ilin oktyabr-dekabr ayları üzrə Ümumi Daxili Məhsulun (ÜDM) yekun məlumatlarını açıqlayıb.

Buna əsasən, ABŞ-da ÜDM ötən ilin dördüncü rübündə illik hesablamada 2,6 faiz artıb.

Sözügedən dövrdə ÜDM məlumatları üzrə bazar gözləntiləri son rübdə iqtisadiyyatın 2,7 böyüməsi istiqamətində idi.

Qeyd edək ki, ABŞ iqtisadiyyatı keçən ilin birinci rübündə 1,6 faiz, ikinci rübündə isə 0,6 faiz daraldığı halda, üçüncü rübdə 3,2 faiz artıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et