ABŞ iqtisadiyyatı uçot dərəcəsinin artırılmasına hazırdır və ölkədə prezident seçkilərinin keçirilməsinə baxmayaraq, bu, noyabrda baş tuta bilər. "Bloomberg" agentliyinin verdiyi xəbərə görə, bu açıqlamanı ABŞ-ın Klivlend ştatı Mərkəzi Bankının rəhbəri Loretta Mester "Bloomberg" telekanalına müsahibəsində verib. O bildirib ki, FES-in ABŞ prezident seçkilərinə 1 həftə qalmış, noyabrın 1-2-də Vaşinqtonda keçiriləcək iclasda uçot dərəcəsini artırması mümkündür və seçkilər buna mane olmayacaq.
Qeyd edək ki, L.Mester FES-in 21 sentyabr iclasında uçot dərəcəsinin artırılmasını dəstəkləyib. O, ABŞ iqtisadiyyatının ilin II yarısında sürətlənəcəyini və inflyasiyanın FES-in 2% hədəfinə tezliklə çatacağına inandığını bildirib: "FES irəliyə baxmalı və gözləməməlidir".
Xatırladaq ki, maliyyə bazarları iştirakçıları FES-in noyabr iclasında, prezident seçkiləri ərəfəsində uçot dərəcəsinə dəyişiklik etməyəcəyini düşünürlər. Lakin bu cür açıqlamalar investorlarda müəyyən gözləntilər yarada bilər.
Mənbə : Report.az