ABŞ “iPhone”u təhlükəli cihazlar siyahısına daxil edib | Banco.az

ABŞ “iPhone”u təhlükəli cihazlar siyahısına daxil edib

Müəllif - Aida İsaq, Banco.az

ABŞ istifadəçiləri “iPhone” və digər “Apple” cihazlarından istifadə zamanı diqqətli olmağa çağırıb.

Banco.az xəbər verir ki, buna səbəb olaraq, əməliyyat sistemi ən son versiyaya uyğun yenilənməyən cihazların hakerlər tərəfindən asanlıqla müdaxilə oluna bilinməsi göstərilir. Bu məlumat həmçinin  “Apple” şirkəti tərəfindən də rəsmi formada  təsdiqlənib. Kupertinoda yerləşən şirkət “iPhone”, “iPad” və “Mac” kompüterlərində “Safari” brauzerlərində boşluqları aradan qaldıraraq mühüm yeniləmələri təqdim edib. Buraya “iOS 16.3.1”, “iPadOS 16.3.1” və “macOS Ventura 13.2.1” kimi əməliyyat sisteminin versiyaları daxildir. 

Qeyd olunur ki, yenilənmə olmadan kibercinayətkarlar yaranan boşluqlardan istifadə edərək, bütün məlumatlara giriş əldə edə bilərlər. Buna görə də, istifadəçilərə diqqətli olmaq tövsiyyə olunub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram