ABŞ-ın xidmət sektorunda aktivlik zəifləyib | Banco.az

ABŞ-ın xidmət sektorunda aktivlik zəifləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən ay ABŞ-ın xidmət sektorunda aktivlik zəifləyib.

Banco.az xəbər verir ki, ABŞ-da Təchizat İdarəetmə İnstitutu (ISM) iyul ayı üzrə xidmət sektorunun PMI məlumatlarını açıqlayıb.

Məlumatlar göstərir ki, xidmət sektoru PMI məlumatları əvvəlki ayla müqayisədə 1,2 faiz bəndi azalaraq 52,7 punkt təşkil edib.

Məlum olduğu kimi, 50 dəyərini keçdiyindən xidmət sektorunda artıma işarə edən göstərici üzrə bazarın proqnozu 53,1 punkt istiqamətində idi. İyun ayında indeks 53,9 punkt idi.

Qeyd edək ki, ISM xidmət indeksi üzrə aparılan sorğular 14 xidmət sənayesində artımın olduğunu aşkar edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram