ABŞ-ın xəzinə istiqrazlarının faizi aşağı düşüb | Banco.az

ABŞ-ın xəzinə istiqrazlarının faizi aşağı düşüb

ABŞ-ın 30 illik xəzinə istiqrazlarının faizi ilk dəfə 2 illik xəzinə istiqrazlarının faizindən aşağı düşüb.

Həmçinin 10 illik xəzinə istiqrazlarının faizi 2016-cı ilin Avqust ayından bu yana ilk dəfə 1,50%-dən aşağı düşüb.

Dünən ABŞ-ın 10 illik xəzinə istiqrazlarının faizi 2 illik istiqrazların faizindən aşağı düşümşdü. İndiyədək 5 dəfə belə vəziyyət yaranıb və sonra durğunluq başlayıb. İnvestorlar bu dəfə də durğunluq olacağını müzakirə edirlər.

Ən sərfəli kredit üçün müraciət et

Dövlət istiqrazlarının gəlirliliyi az da olsa risksizdir. Hazırda siyasi və iqtisadi risklər artdığından investorlar xəzinə istiqrazlarını daha çox alırlar. Bu səbəbdən də faizlər aşağı düşür.

ABŞ və Çin arasında ticarət müharibəsi qlobal bazarlara mənfi təsir göstərir. ABŞ Prezidenti Donald Tramp "Çin ilə hər hansı bir razılaşma bizim şərtlərimiz ilə olmalıdır" deyib. Bu açıqlama investorların narahatlıqlarını daha da artırıb.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et