ABŞ-ın xam neft ehtiyatları azalıb | Banco.az

ABŞ-ın xam neft ehtiyatları azalıb

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya (satış üçün) xam neft ehtiyatlarının ötən həftə 4,8 milyon barrel (1,1 faiz) azalaraq 423 milyon barrelə gerilədiyini açıqlayıb. 

Bazar gözləntisi ehtiyatların 2,5 milyon barrel azalacağı istiqamətində idi. Xam neft ehtiyatları ötən həftə 10 milyon barrel azalma qeyd etmişdi.

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə ötən həftə dəyişiklik göstərməyib və 644,8 milyon barreldə qalıb.

ABŞ-ın benzin ehtiyatları ötən həftə 2,4 milyon barrel (1 faiz) azalaraq 229,6 milyon barrelə enib. Benzin ehtiyatları əvvəlki həftə 2,1 milyon barel azalmışdı.

Ən sərfəli kredit üçün müraciət et

ABŞ-ın xam neft idxalı, keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 976 min barel artımla 6,9 milyon barelə qalxıb, ixracı isə gündəlik orta hesabla 42 min barel artımla 3,06 milyon barelə yüksəlib.

 

Neft hasilatı

Ölkədə xam neft istehsalı keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 146 min barel azalıb. Beləliklə 24-30 Avqust həftəsində ABŞ-ın xam neft istehsalı gündəlik təxminən 12,4 milyon barrel səviyyəsində baş tutub.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et