ABŞ-ın ticarət kəsiri mart ayından bəri ilk dəfə artıb | Banco.az

ABŞ-ın ticarət kəsiri mart ayından bəri ilk dəfə artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da ticarət kəsiri ixracın azalması səbəbindən 6 ayda ilk dəfə artıb.

Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyinin məlumatına görə, ölkədə mal ticarəti kəsiri ötən ay 5,7 faiz artaraq 92,2 milyard dollara çatıb. Avqustda bu göstərici 87,3 milyard dollar təşkil etmişdi.

İqtisadçıların median proqnozu isə 87,5 milyard dollar defisit olacağı istiqamətində idi.

Bu dövrdə ixrac 1,5 faiz azalaraq 177,6 milyard dollara geriləyərkən, idxal isə 269,8 milyard dollara yüksəlib.

Qeyd edək ki, FED-in 1980-ci illərdən bəri həyata keçirdiyi ən aqressiv faiz artımı siyasəti dolların bahalaşmasına səbəb olub. Bu, idxal xərclərini azaltsa da, beynəlxalq bazarlarda ABŞ mallarına tələbi də zəiflədib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram