Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-ın kommersiya əhəmiyyətli xam neft ehtiyatları azalıb.
Banco.az xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsi (EIA) tərəfindən açıqlanan məlumatlara görə, ölkədəki kommersiya xam neft ehtiyatları ötən həftə təxminən 600 min barel azalaraq 456 milyon 800 min barelə geriləyib. Ekspertlər ehtiyatların 1 milyon 319 min barel artacağını gözləyirdilər.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə bu dövrdə dəyişməyərək 346 milyon 800 min barel səviyyəsində qalıb.
Digər tərəfdən, ABŞ-ın benzin ehtiyatları 800 min barel azalaraq 217 milyon 600 min barelə enib.
Ölkənin gündəlik xam neft hasilatı isə 15-21 iyul həftəsində 99 min barel azalaraq 12 milyon 607 min barel hesablanıb.
Bizi sosial şəbəkələrdən izləyin!!