Dünya birjalarında neft ucuzlaşıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,22 dollar və ya 0,41% azalaraq 52,95 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,21 dollar və ya 0,38% azalaraq 55,31 dollar olub.
Neftin ucuzlaşmasına ABŞ-da hasilatın artırılması ilə bağlı xəbərlər səbəb olub.
Mənbə: Apa.az