ABŞ-da xam neft istehsalında keçən həftə rekord qırılıb
ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) məlumatlarına görə, ölkədə xam neft istehsalı keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 200 min barel artıb.
Beləliklə, 29 Sentyabr - 4 Oktyabr həftəsində dünyanın ən böyük xam neft istehsalçısı olan ABŞ-da, 12,6 milyon barrellə gündəlik istehsalda yeni bir rekord qırılıb.
ABŞ-ın gündəlik orta hesabla xam neft hasilatı sonuncu dəfə 17-23 Avqust həftəsində 12,5 milyon barrelə çatmışdı.
XAM NEFT EHTİYATLARI ARTIB
EIA, ölkədəki kommersiya (satış üçün) xam neft ehtiyatlarının ötən həftə 2,9 milyon barrel (0,7 faiz) artaraq 425,6 milyon barrelə yüksəldiyini açıqlayıb. Bazar gözləntisi ehtiyatların 1,4 milyon barrel artacağı istiqamətində idi. Xam neft ehtiyatları ötən həftə 3,1 milyon barel artım qeyd etmişdi.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə ötən həftə 0,2 milyon barrel geriləyərək 644,6 milyon barrelə düşüb.
ABŞ-ın benzin ehtiyatları isə ötən həftə 1,2 milyon barrel (0,5 faiz) azalaraq 228,8 milyon barrelə enib. Benzin ehtiyatlarına dair bazar gözləntisi 0,25 milyon barrel azalma olacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 0,2 milyon barel azalmışdı.
Marja