ABŞ-ın kommersiya xam neft ehtiyatları azalıb | Banco.az

ABŞ-ın kommersiya xam neft ehtiyatları azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın kommersiya xam neft ehtiyatları ötən həftə əvvəlki həftə ilə müqayisədə təxminən 3,7 milyon barel azalıb.

Banco.az xəbər verir ki, ABŞ Energetika İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya xam neft ehtiyatlarının keçən həftə təxminən 3 milyon 700 min barel azalaraq 431 milyon 700 min barelə düşdüyünü açıqlayıb. 

Bazar proqnozu isə ehtiyatların təxminən 2 milyon 200 min barel azalacağı istiqamətində idi.

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə 1 milyon 600 min barel azalaraq 390 milyon 500 min barelə düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et