Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-ın kommersiya əhəmiyyətli xam neft ehtiyatları ötən həftə artım göstərib.
Banco.az xəbər verir ki, ABŞ-ın kommersiya xam neft ehtiyatları ötəm həftə əvvəlki həftə ilə müqayisədə təxminən 5 milyon barel artıb.
ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya əhəmiyyətli xam neft ehtiyatlarının ötən həftə təxminən 5 milyon barel artaraq 467 milyon 600 min barelə çatdığını açıqlayıb. Bazarın proqnozu ehtiyatların 3 milyon 690 min barel artacağı istiqamətində idi.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji əhəmiyyətli xam neft ehtiyatları isə 2 milyon 400 min barel azalaraq 359 milyon 600 min barelə düşüb.
Sözügedən həftədə ABŞ-ın xam neft idxalı əvvəlki həftəyə görə gündəlik 1 milyon 306 min barel artaraq 6 milyon 860 min barelə çatıb. Xam neft ixracı isə gündəlik orta hesabla 1 milyon 434 min barel artımla 4 milyon 310 min barel olub.
Bizi sosial şəbəkələrdən izləyin!!