ABŞ-ın kommersiya neft ehtiyatları 6,1 mln. barel azalıb | Banco.az

ABŞ-ın kommersiya neft ehtiyatları 6,1 mln. barel azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ötən həftə ABŞ-ın kommersiya xam neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 6,1 milyon barel azalıb.

Banco.az xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) məlumatına görə, ölkənin kommersiya xam neft ehtiyatları 433 milyon 500 min barelə enib.

Eyni zamanda ABŞ-ın strateji xam neft ehtiyatları 600 min barel artaraq 348 milyon 900 min barelə yüksəlib. Benzin ehtiyatları isə 300 min barel azalaraq 216 milyon 200 min barelə enib.

Qeyd edək ki, ötən həftə ABŞ-ın xam neft idxalı əvvəlki həftə ilə müqayisədə gündəlik orta hesabla 225 min barel azalaraq 6 milyon 933 min barel olub. Xam neft ixracı isə gündəlik orta hesabla 341 min barel azalaraq 4 milyon258 min barelə enib.