Müəllif: Gülnar Əhmədli, Banco.az
Ötən həftə ABŞ-ın kommersiya xam neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə təxminən 6 milyon barel azalıb.
Banco.az xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) məlumatına görə, ölkənin kommersiya xam neft ehtiyatları 439 milyon 700 min barelə enib.
Eyni zamanda ABŞ-ın strateji xam neft ehtiyatları 600 min barel artaraq 348 milyon 400 min barelə yüksəlib. Benzin ehtiyatları isə 300 min barel azalaraq 216 milyon 200 min barelə enib.
Qeyd edək ki, ötən həftə ABŞ-ın xam neft idxalı əvvəlki həftəyə görə gündəlik orta hesabla 476 min barel artaraq 7 milyon 158 min barelə çatıb. Xam neft ixracı isə gündəlik orta hesabla 2 milyon 239 min barel artaraq 4 milyon 599 min barelə yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!