ABŞ-ın kommersiya neft ehtiyatları 2,2 mln. barel azalıb | Banco.az

ABŞ-ın kommersiya neft ehtiyatları 2,2 mln. barel azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ötən həftə ABŞ-ın kommersiya xam neft ehtiyatları 2,2 milyon barel azalıb.

Banco.az xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) məlumatına görə, ölkənin kommersiya xam neft ehtiyatları 416,3 milyon barelə enib.

Eyni zamanda ABŞ-ın strateji xam neft ehtiyatları 300 min barel artaraq 351 milyon barel olub. Benzin ehtiyatları isə təxminən 1 milyon barel artaraq 220,5 milyon barelə yüksəlib. 

Qeyd edək ki, ötən həftə ABŞ-ın xam neft idxalı əvvəlki həftə ilə müqayisədə gündəlik orta hesabla 711 min barel artaraq 7 milyon 229 min barel olub. Xam neft ixracı isə gündəlik orta hesabla 1,5 milyon barel azalaraq 4,1 milyon barelə enib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram