ABŞ-ın istehsal fəaliyyəti 2020-ci ildən bəri ən aşağı səviyyəyə düşüb | Banco.az

ABŞ-ın istehsal fəaliyyəti 2020-ci ildən bəri ən aşağı səviyyəyə düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da ISM istehsal indeksi mart ayında yeni sifarişlərin azalması və məşğulluq indeksinin geriləməsi ilə proqnozlardan çox azalıb.

Banco.az xəbər verir ki, ABŞ-da ISM istehsal indeksi mart ayında 47,7-dən 46,3-ə düşüb. “Bloomberg”in sorğusunda iştirak edən iqtisadçıların orta hesablamaları 47,5 idi.

İndeksin 50-dən aşağı qiymət alması sektorda daralmanın olduğunu göstərir. Bu, 2020-ci ilin may ayından bəri ən aşağı səviyyədir. Pandemiya istisna olmaqla isə indeks 2009-cu ildən bəri ən pis göstəricini qeyd edib.

Proqnozlaşdırılandan aşağı olan məlumatlar faiz dərəcələrinin artması, tənəzzül narahatlıqları və sərt kredit şərtlərinin şirkətlərə təzyiq göstərdiyini əks etdirir.

ISM yeni şərtlər indeksi isə 47-dən 44.3-ə düşüb ki, məşğulluq indeksi də üçüncü ayda da enişini davam etdirərək 49.1-dən 46.9-a geriləyərək 2020-ci ilin iyul ayından bəri ən aşağı səviyyəyə çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram