"ABŞ-ın istehlak xərcləri daha da məhdudlaşdırıla bilər" | Banco.az

"ABŞ-ın istehlak xərcləri daha da məhdudlaşdırıla bilər"

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Fitch” xəbərdarlıq edib: ABŞ-ın istehlak xərcləri daha da məhdudlaşdırıla bilər.

Banco.az xəbər verir ki, beynəlxalq kredit reytinqi agentliyi “Fitch Ratings” ABŞ-da nominal əmək haqqı artımları nəzərə alınmadan real gəlir artımının nisbətən zəif olduğunu bildirib.

Agentliyin açıqlamasında qeyd olunub ki, istehlakçılar 2022-ci ilin iyul ayından etibarən ayda orta hesabla 88 milyard dollardan çox və ya illik istehlak xərclərinin 0,5 faizini qənaət etməyə davam edirlər.

Açıqlamada artıq qənaətə görə əldə olunan dəstəyin qalıq xərcləmə qabiliyyətinin artımının təxminən 20 faizini təşkil etdiyi vurğulanıb.

Qənaətdən gələn istehlak xərcləri dəstəyinin ehtimal ki, ilin son rübündə başa çatacağı bildirilən açıqlamada inflyasiyaya görə zəifləyən istehlakçı inamı ilə regional banklardakı stresdən qaynaqlanan sərt kredit şərtlərinin istehlak xərclərinin azalmasına töhfə verəcəyinə diqqət çəkilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et