Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-ın ən böyük banklarından biri olan "Citigroup" 135,6 milyon dollar cərimələnib.
Banco.az xəbər verir ki, bu barədə ABŞ Federal Ehtiyat Sisteminin (FED) bəyanat yayıb.
Bəyanatda "Citigroup"un məlumatların keyfiyyətinin idarə edilməsi ilə bağlı problemlərinin həllində kifayət qədər irəliləyiş əldə etmədiyi bildirilib.
Bəyanatda həmçinin qeyd olunub ki, bank davam edən riskini idarə etmək üçün nəzarət tədbirləri həyata keçirə bilməyib. Odur ki, FED bankçılıq nəhəngini 60,6 milyon dollar cərimələyib.
FED-in Valyuta Nəzarəti Ofisi (OCC) ilə koordinasiyalı şəkildə hərəkət etdiyi vurğulanan bəyanatda OCC-nin açıqladığı cəza ilə birlikdə banka ümumilikdə 135,6 milyon dollar cərimə kəsildiyi bildirilib.
Bizi sosial şəbəkələrdən izləyin!!