Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ Maliyyə Nazirliyi 18 avqust tarixinə ölkənin ümumi dövlət borcu ilə bağlı məlumatları açıqlayıb.
Banco.az xəbər verir ki, ABŞ hökumətinin ümumi borcu tarixdə ilk dəfə olaraq 40 trilyon dolları keçib.
Məlumatlara görə, həmin tarixə qədər hökumətin dövlət borcunun məbləği 32 trilyon 265 milyard dolları keçib, hökumətdaxili borc isə 7 trilyon 781 milyard dollara çatıb.
Beləliklə, ABŞ hökumətinin ümumi borcu 40 trilyon 47 milyard dollar olaraq qeydə alınıb.
Bu ilin əvvəlində ABŞ hökumətinin ümumi borcu 38,4 trilyon dollar təşkil edib.
