ABŞ-ın dövlət borcu bir aydan az müddətdə 500 milyard dollar artıb | Banco.az

ABŞ-ın dövlət borcu bir aydan az müddətdə 500 milyard dollar artıb

Müəllif: Mehin Qasımova/Banco.az 

ABŞ-ın dövlət borcu bir aydan az müddətdə 500 milyard dollardan çox artaraq 33,5 trilyon dollara çatıb. 

Banco.az xəbər verir ki, bu ABŞ Maliyyə Nazirliyinin yaydığı məlumatda öz əksini tapıb.

Agentlik sentyabrın 18-də ölkənin “ümumi dövlət borcu”nun 33 trilyon dolları keçdiyini bildirib. O zaman bu rəqəm rekord idi. 

İyunun 16-da isə bu rəqəm 32 trilyon dolları keçib.

Departamentin son hesablamalarına görə, ABŞ-ın dövlət borcu artıq 33,513 trilyon dolları ötüb.

Bundan sonra ölkənin Maliyyə Nazirliyi maliyyə əməliyyatlarını davam etdirmək üçün fövqəladə tədbirlər görməyə məcbur olub. 

ABŞ administrasiyası son aylarda Konqresi borc limitini artırmağa çağırıb. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram