ABŞ-ın çip istehsalçısı rekord məbləğdə gəlir əldə edib | Banco.az

ABŞ-ın çip istehsalçısı rekord məbləğdə gəlir əldə edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın çip istehsalçısı “Nvidia”nın gəliri proqnozları üstələyib.

Banco.az xəbər verir ki, “Nvidia” balans hesabatında 2024-cü maliyyə ilinin üçüncü rübü hesab etdiyi 29 oktyabr 2023-cü ildə başa çatan 3 aylıq dövr üzrə maliyyə nəticələrini açıqlayıb.

Müvafiq olaraq, şirkətin gəliri bu dövrdə ötən ilin eyni dövrü ilə müqayisədə 206 faiz artaraq 18,12 milyard dollarla rekord vurub. Gəlirini əvvəlki rüblə müqayisədə də 34 faiz artıran “Nvidia” ötən ilin eyni rübündə 5,93 milyard dollar gəlir əldə etmişdi. Şirkətin  xalis mənfəəti üçüncü rübdə əvvəlki rüblə müqayisədə 49 faiz, illik isə 1259 faiz artaraq 9,2 milyard dolları keçib. “Nvidia” 2022-ci ilin eyni dövründə 680 milyon dollar xalis mənfəət açıqlamışdı.

Şirkətin ötən maliyyə ilinin üçüncü rübündə 0,27 dollar olan səhm üzrə mənfəəti bu dövrdə 3,71 dollara yüksəlib.

Qeyd edilib ki, süni intellekt çiplərinə olan tələbatın davamlı artması şirkətin gəlirlərinin artmasında həlledici rol oynayıb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, bazar proqnozları “Nvidia”nın sözügedən dövrdəki gəlirinin 16,18 milyard dollar olacağı istiqamətində idi. 

Şirkət sonuncu rüb üzrə gəlir proqnozunu da 20 milyard dollar olaraq açıqlayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et