Müəllif: Tamara Mustafayeva, Banco.az
"Nvidia" şirkəti aprel-iyun dövrü üzrə balans hesabatını açıqlayıb.
Banco.az xəbər verir ki, mərkəzi ofisi Kaliforniyada yerləşən aparıcı çip istehsalçısı "Nvidia" bu ilin ikinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 101 faiz artımla rekord səviyyədə - 13,51 milyard dollar gəlir əldə edib.
Gəlirlərini ötən rüblə müqayisədə isə 88 artıran şirkət 2022-ci ilin ikinci rübündə 6,7 milyard dollar gəlir əldə etmişdi.
Qeyd edək ki, bununla da, şirkətin sözügedən dövrdəki gəliri 11,22 milyard dollarlıq bazar proqnozlarını da üstələyib.
İlin ikinci rübündə "Nvidia"nın əldə etdiyi xalis mənfəət isə rüblük 203 faiz, illik 843 faiz artaraq təxminən 6,2 milyard dollara çatıb. Şirkət 2022-ci ilin eyni rübündə 656 milyon dollar xalis mənfəət açıqlamışdı.
Şirkətin 2022-ci ilin ikinci rübündə 0,26 dollar olan bir səhmi üzrə mənfəəti də bu ilin eyni dövründə 2,48 dollara yüksəlib.
Xatırladaq ki, "Nvidia" cari ilin üçüncü rübü üzrə gəlir proqnozunu isə 16 milyard dollar olaraq açıqlayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!