ABŞ-ın büdcə kəsiri 2023-cü maliyyə ilində artıb | Banco.az

ABŞ-ın büdcə kəsiri 2023-cü maliyyə ilində artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ federal hökumətinin büdcə kəsiri 2023-cü maliyyə ilində 1,7 trilyon dollara çatıb.

Banco.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi sentyabr və 2023-cü maliyyə ili üzrə büdcə balansı hesabatını dərc edib.

Buna görə, 1 oktyabr 2022-ci ildə başlayan və 30 sentyabr 2023-cü ildə sona çatan 2023 maliyyə ilinin son ayında federal hökumətin büdcə kəsiri 171 milyard dollar olaraq qeydə alınıb. Bununla da, büdcə kəsiri ötən ilin eyni ayı ilə müqayisədə 60 faiz azalıb.

Federal hökumət ötən ilin eyni ayında 430 milyard dollarlıq büdcə kəsiri ilə üzləşmişdi. 

Sentyabrda hökumətin gəlirləri əvvəlki ilin eyni ayı ilə müqayisədə 4,2 faiz azalaraq 467,5 milyard dollar olduğu halda, xərcləri də 30,4 faiz azalaraq 638,5 milyard dollar olub.

Ən sərfəli kredit üçün müraciət et

ABŞ federal hökumətinin 2023-cü maliyyə ili üzrə ümumi büdcə kəsiri isə 1,7 trilyon dollar təşkil edib.

Xatırladaq ki, 2022-ci maliyyə ilində ölkənin büdcə kəsiri 1,4 trilyon dollar olaraq qeydə alınmışdı. Bununla da, 2023-cü maliyyə ilində büdcə kəsiri ötən illə müqayisədə 23 faiz artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et