ABŞ-ın böyük bankları FED-in stres testindən keçib | Banco.az

ABŞ-ın böyük bankları FED-in stres testindən keçib

Müəllif: Tamara Mustafayeva, Banco.az

FED stress testdən keçirdiyi bankların ciddi tənəzzüldən çıxmaq üçün yaxşı vəziyyətdə olduğunu bildirib.

Banco.az xəbər verir ki, ABŞ Federal Ehtiyat Sistemi (FED) “Bank of America”, “Citigroup”, “Goldman Sachs”, “JPMorgan Chase”, “Morgan Stanley” və “Wells Fargo” da daxil olmaqla ölkənin 31 böyük bankının məruz qaldığı illik stres testinin nəticələrini açıqlayıb.

Mərkəzi bankın bəyanatında deyilir ki, böyük banklar ciddi tənəzzülün öhdəsindən gəlmək və minimum kapital tələblərindən yuxarı qalmaq üçün yaxşı mövqedədirlər. Baxmayaraq ki, onlar ötən ilki testlə müqayisədə daha çox itki verəcəklər.

Bəyanatda builki stres testindəki fərziyyələrə əsaslanan senarilərin kommersiya daşınmaz əmlak qiymətlərində 40 faiz azalma, boş ofislərdə əhəmiyyətli artım və mənzil qiymətlərində 36 faiz ucuzlaşma ilə ciddi qlobal tənəzzülü ehtiva etdiyi bildirilib. Qeyd edilib ki, senaridə işsizlik səviyyəsinin 10 faizlə pik həddinə çatacağı və iqtisadi məhsulun proporsional şəkildə azalacağı proqnozlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edilib ki, ötən ilki ilə müqayisədə senarilərdə xüsusi bir dəyişiklik olmasa da, bu ilki test nəticəsi daha böyük kapital azalması ilə nəticələnib ki, bu da bankların korporativ kredit portfellərinin riskli olması, kredit kartı borclarının artması, defolt faizlərinin yüksək olması və mənfəət gözləntilərinin azalması ilə bağlıdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram