Müəllif - Aida İsaq, Banco.az
ABŞ-ın Avropa Birliyinə enerji böhranı və inflyasiya ilə mübarizədə kömək etmək cəhdləri Avropa üçün problem kimi qiymətləndirilib.
Qeyd olunur ki, ABŞ Rusiya neftinin çatışmazlığını kompensasiya etmək üçün yanacaq ixracını genişləndirib. Lakin bu qıtlığa gətirib çıxarıb. Banco.az xəbər verir ki, bu səbəbdən Vaşinqton tədarükləri məhdudlaşdıra bilər ki, bu da Aİ iqtisadiyyatına öz mənfi təsirlərini göstərəcək.
Məlumata görə, vəziyyəti bir sıra amillər gərginləşdirir. Onlardan biri də qazın qiymətinin artması fonunda daha ucuz dizelə keçiddir. Eyni zamanda prezident Co Baydenin ABŞ-ın strateji ehtiyatlarının son 40 ilin minimum səviyyəsinə qədər tükəndiyi bir vaxtda xam neft çatışmazlığını kompensasiya etmək qərarını verəcəyi gözlənilir.
Digər tərəfdən isə Fransada neft işçilərinin tətil etməsi ölkədə neft emalı zavodlarının 60 faizinin, yaxud Avropanın istehsal gücünün on faizə qədərini dayandırıb.
Bundan əvvəl Çin Milli Neft Korporasiyasının (CNPC) prezidenti Hou Jijun 2040-cı ilə qədər neft və təbii qazın əsas enerji mənbələri olaraq qalacağını proqnozlaşdırmışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!